BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdamda ağır yol qəzası: ölən və yaralanan var

Ağdam rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

 

Bu barədə Pravda.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

 

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 29 Oktyabr 2022, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin