Sahibə Qafarova sərəncam imzaladı, Milli Məclisin plenar iclaslarının saatı dəyişdi

Milli Məclisin plenar iclaslarının keçirilməsi qaydası dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

 

İndiyə qədər Milli Məclisin plenar iclasları saat 12-dan 18.00-dək keçirilib, saat 14.00-16.00-dək fasilə olub.

 

Bundan sonra isə Milli Məclisin plenar iclasları saat 11-dan 17.00-dək keçiriləcək, saat 13.00-15.00-dək fasilə olacaq.APA

Tarix: 25 Mart 2020, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin