BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Qazax yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Pravda.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

 

Yaralılarla bağlı əlavə məlumat veriləcək.

Tarix: 29 Oktyabr 2022, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin