BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı - YENİLƏNDİ

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.


Bu barədə Pravda.az-a TƏBİB-dən məlumat verilib.
 

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsi davam etdirilir. Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.


Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilmişdi.
 

 

18:31

 

Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.

 

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.

 

Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

 

Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.

 

Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.

Tarix: 29 Oktyabr 2022, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin