Azərbaycanda 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır – Operativ Qərargah

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

 

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Tarix: 25 Mart 2020, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin