BURADA REKLAMINIZ OLA
BİLƏR

Biləsuvarda minik avtomobili ilə mikroavtobus toqquşub - 2 nəfər öldü,13 nəfər yaralandı - YENİLƏNDİ

Bu səhər Biləsuvar rayonunda 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

Pravda.az-ın məlumatına görə, hadisə köhnə Ələt Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.


APA
 

***

 

09:39

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.


FHN-dən Pravda.az-a verilən məlumata görə, nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.


Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix: 30 Oktyabr 2022, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin