BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB Biləsuvarda baş verən ağır qəzada yaralananlarla bağlı məlumat yaydı

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.


Bu barədə Pravda.az-a TƏBİB-dən verilən məlumatda bildirilib.


Qeyd edilir ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:


“Hazırda 2 nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir.

 

“Qeyd edək ki, qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib”.

Tarix: 30 Oktyabr 2022, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin