BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ”da ciddi itki

"Qarabağ" Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib.

 

Pravda.az-ın məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç sıradan çıxıb. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib.

 

Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub.

 

Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb. Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Tarix: 30 Oktyabr 2022, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin