BURADA REKLAMINIZ OLA
BİLƏR

Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı - VİDEO

Oktyabrın 20-də Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Dost Aqropark”ın açılışı olub. Açılış mərasimində müğənni Çinarə Məlikzadə səhnəyə çıxıb.

 

Sənətçi tədbirdə 4 mahnı səsləndirib. Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq "dəvət edək, bir şəkil çəkdirək”, - deyə bildirib.

 

Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib.

 

Pravda.az xəbər verir ki, ötən gün Xəzər TV-nin qonağı olan gənc müğənni dövlət başçısının onu səhnəyə dəvət etməsindən danışıb.

 

Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.

 

Daha ətraflı videomaterialda:

 

Tarix: 30 Oktyabr 2022, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin