BURADA REKLAMINIZ OLA
BİLƏR

İmran xanın avtomobili pakistanlı jurnalisti vurub öldürdü

Pakistanlı telejurnalist Sədəf Naim keçmiş baş nazir İmran Xanın avtomobilinin altında qalaraq həlak olub.

 

Bu barədə Express Tribune məlumat yayıb.

 

Hadisə jurnalist İmran xanın tərəfdarlarının yürüşünü işıqlandırarkən baş verib. Kütlənin qadını itələməsi nəticəsində o, avtomobilin altına düşüb.

 

Hadisədən sonra yürüş dayandırılıb, İmran xan jurnalistin ölümü ilə bağlı başsağlığı verib.

 

APA

Tarix: 31 Oktyabr 2022, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin