BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda avtomobil ana və oğlunu vuraraq öldürdü

Sumqayıtda avtomobil ana və oğlunu vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və oğlu Xəyalı vurub.

 

Nəticədə hər 2 piyada hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix: 31 Oktyabr 2022, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin