BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tarixlərdə dərs olmayacaq

Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:

 

1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

 

2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.

Tarix: 31 Oktyabr 2022, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin