Deputatlığa sabiq namizəd həbs edildi

Deputatlığa sabiq namizəd Ərəstun Əlizadə həbs edilib.

 

Pravda.az-ın xəbərinə görə, Ə.Əlizadə martın 24-də Bərdədə saxlanılıb.

 

Məhkəmənin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

 

Qeyd: Ə.Əlizadə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizəd olub.

Tarix: 25 Mart 2020, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin