BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il 6,9 % inflyasiya proqnozlaşdırılır

2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % inflyasiyanın qeydə alınacağı proqnozlaşdırılır.

 

Bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

 

Rəydə qeyd edilib ki, orta illik inflyasiya ilə bağlı proqnoz məlumatlarının təhlili bunu deməyə əsas verir. Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda təməl şərtlərlə illik inflyasiyanın 4+- 2 % intervalında qorunacağı müəyyənləşdirilib. 6,2 % inflyasiya proqnozu isə hədəf diapozonun yuxarı həddindən bir qədər çoxdur.

 

Rəydə bildirilib ki, 2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə orta inflyasiyanın 2022-ci il üzrə 12,5 %, 2023-cü ildə isə 6,9 % proqnozlaşdırıldığı qeyd edilib.

Tarix: 31 Oktyabr 2022, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin