BURADA REKLAMINIZ OLA
BİLƏR

Vidadi Məhərrəmov vəfat etdi

Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov ötən gecə vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Redaktor.az-a mərhumun yaxınları məlumat verib.

 

O, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

Vidadi Məhərrəmov bu gün doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq.

 

Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri, İcra başçısının müavini və nəhayət icra başçısı (2006-2013) olub.

 

Vidadi Məhərrəmov yeganə icra başçılarındandır ki, əhali arasında hörmətlə qarşılanıb.

 

Allah rəhmət eləsin!

Tarix: 1 Noyabr 2022, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin