BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Noyabrda 10 gün iş olmayacaq

Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

 

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən Pravda.az-a verilən məlumata görə, bu ay 4 gün ardıcıl iş olmayacaq.

 

Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

 

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

 

Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

Tarix: 1 Noyabr 2022, 11:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin