BURADA REKLAMINIZ OLA
BİLƏR

İki türk hərbçisi şəhid oldu

İraqın şimalında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Məlumatda bildirilib ki, bu gün İraqın şimalındakı Haftanin bölgəsində separatçı terror təşkilatı üzvlərinin etdiyi hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (TSK) 2 hərbçisi ölüb, 2 hərbçisi isə yaralanıb.

Şöbədən verilən xəbərdə qeyd olunub ki, TSK terrorçuları cavab atəşi ilə susdurub və 8 terrorçu zərərsizləşdirilib.APA

Tarix: 26 Mart 2020, 07:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin