BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı açıqlama: "Gələn il..."

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.

 

"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", - deyə o, qeyd edib.

 

Xatırladaq ki, Azərbaycanda 7 mart 2018-ci ildən bəri milli valyutasının məzənnəsi dəyişməyib.

Tarix: 3 Noyabr 2022, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin