BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanıldı

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

 

Bu barədə Pravda.az-a DİN-dən məlumat verilib.

 

Məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

Tarix: 3 Noyabr 2022, 18:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin