BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Babayevdən açıqlama

Azərbaycanın Xalq artisti Arif Babayevin ölüm xəbəri yayılıb.

 

Belə ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Medianews.az Xalq artisti ilə əlaqə saxlayıb. Arif müəllim bizimlə söhbətində bildirdi ki, tez -tez onun haqqında yayılan ölüm xəbəri  onu məyus edir:

 

“Yalan söhbətdir. Özümü yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Ölmək fikrim yoxdur. Mənim arzularım var. Qarabağda konsert vermək istəyirəm. İnşallah bu arzum reallaşar. Mən yaxşı insanam. Heç kimə pislik arzulamıram. Amma mənim ölümümü arzulayan insanlar var. Allah da onları hifz eləsin”.

Tarix: 3 Noyabr 2022, 21:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin