BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Tarix: 4 Noyabr 2022, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin