BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İçimizdə İranı və İranın agenturası olan Taleh Bağırzadəni müdafiə edənlər var”

“İran Azərbaycana belə düşmən münasibəti sərgilədiyi halda, çox təəssüf ki, içimizdə İranı və İranın agenturası olan Taleh Bağırzadəni müdafiə edənlər var. İran dövlət resurslarını öz əhalisinin rifahının yaxşılaşdırılmasına xərcləmək əvəzinə ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanılmasına yönəldir. O cümlədən Azərbaycanda “5-ci kolon”un  formalaşması və onun saxlanmasına böyük vəsaitlər xərclənməsi, din pərdəsi altında ölkəmizin daxilində təxribatlar törətməsi və sadə vətəndaşların beyinlərinin yuyulması, həm də  onlardan milli maraqlarımıza qarşı istifadə edilməsinə dair çoxsaylı faktlar mövcuddur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat hesab edir ki, ölkədə İranın molla rejimini dəstəkləyənlər ya “5-ci kolon”un üzvləri, ya da din pərdəsi altında beyni yuyulmuş insanlardırlar: “Təbii ki, bu cür şəxslər milli maraqlarımıza və dövlət təhlükəsizliyinə böyük təhlükədir. Belə insanlar arasında araşdırma aparılmasını vacib hesab edirəm və harda İranın təsiri altına düşmüş şəxslər müşahidə olunarsa, onlara qarşı tədbir görülməli, düz yola qaytarılmaları üçün iş aparılmalıdır. İranın ermənilərin yanında olması və Azərbaycana qarşı düşmən münasibəti son zamanlar daha aydın şəkildə görünür. Azərbaycanda təmin olunmuş siyasi sabitliyi pozmaq üçün xüsusi xidmət orqanılarının hazırladığı agentura şəbəkəsinin ifşası, sərhədlərimizdə geniş hərbi təlimlər keçirməsi, rəsmilərin Ermənistana səfərlərinin intensivləşməsi və parlamentin rəhbərinin nəzərdə tutulan səfərinin təxirə salınması İranın əsil simasını açıb göstərdi. İran İslam Respublikası olmağına baxmayaraq, müsəlman ölkəsi Azərbaycandan uzaq durur və ermənilərin yanında olduğunu nümayiş etdirir. İran rəsmilərinin belə addımları ancaq öz ziyanlarınadır”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Noyabr 2022, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin