BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktyorun filminin nümayiş etdirilməsindən imtina olundu – “Nədən qorxursunuz?”

“Noyabrın 11-də Nizami Kino Mərkəzində “Baku international short film” festivalının açılışında ssenarisi və rejissoru olduğum “Çılpaq” filminin nümayişi olunacaqdı. Amma aldığım məlumata görə, festival rəhbərliyi ehtiyat edir filmi nümayiş etdirməyə. Ona görə özüm öz istəyimlə filmin nümayişinə razı olmadım”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə tanınmış aktyor Hikmət Rəhimov məlumat verib.

 

“Ümid edirəm, “Çılpaq” filmini başqa zamanda və başqa məkanda təqdim edəcəyəm. Festivalın  heyətinə demək istəyirəm ki, axı nədən və kimlərdən qorxursunuz, hansı gününüzə? Unutmayın, qorxub və çəkindiyiniz adamların üzərində, zaman gələcək başqa adamlar və başqa varlıqlar gəzəcək. Elə sizin də...” – aktyor qeyd edib.

 

Kənan

Tarix: 5 Noyabr 2022, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin