BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını qətlə yetirən şəxsdən xəbər var

Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Arzuman Fazilovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 40 yaşlı Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 44 yaşlı Arzuman Fazilovun aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Noyabr 2022, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin