BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 26 yaşlı şəxs müəllimi yarıçılpaq şəkilləri ilə şantaj etdi

Gəncə Apellyasiya Məhkəməsində qadını təqsirləndirilən Elvin Pənahovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 1996-cı il təvəllüdlü Elvin Pənahov Samux rayonunda yerləşən evində olarkən əvvəllər “İnstagram” sosial şəbəkəsində tanış olduğu Səbinə Soltanovaya (şərti) "WhatsApp" vasitəsilə zəng edib. O, özündə olan qadının yarıçılpaq şəkillərini ona göstərib. Elvin həmin şəkilləri qadının ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə şantaj edib və Səbinədən ümumilikdə 26800 manat pul tələb edib.

 

Səbinə ailə üzvlərinin yanında və müəllim işlədiyi kollektivdə biabır olmamaq üçün bankdan kredit götürərək ona yalnız 23600 manat pul verə bilib.

 

Daha sonra Elvin Pənahov qadının şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Pənahov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Noyabr 2022, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin