BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətanət Qarayeva vəzifəsindən azad edildi

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumatı təsdiqləyiblər.

 

Onun hansı səbəbdən işdən çıxarıldığı hələlik məlum deyil.

 

Qeyd edək ki, bir müddət öncə Mətanət Qarayevanın təhsil idarəsinin təzyiqləri səbəbindən intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.

 

APA

Tarix: 5 Noyabr 2022, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin