BURADA REKLAMINIZ OLA
BİLƏR

Şiş “Toppuş bacı”nın başına yayılıb - Aktrisa evini satışa çıxardı

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") vəziyyəti ağırlaşıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O bildirib ki, şiş artıq onun beyninə yayılıb:

 

"Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya Mərkəzinin rəhbərliyi, onu 5 ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb".

 

Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var:

 

"Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona görə də evini satışa çıxardıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona dəstək olsa, evi də satılmaz”.

Tarix: 5 Noyabr 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin