BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmaz-Xudat yolunda qəza olub, xəsarət alanlar var

Xaçmaz rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

İlkin məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü və 4 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Yaralılar polis əməkdaşlarının köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.

 

Polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Tarix: 6 Noyabr 2022, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin