BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda avtomobil kanala aşdı: 2 nəfər öldü

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 6 Noyabr 2022, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin