BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub, xəsarət alan var

Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib.

 

Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 6 Noyabr 2022, 22:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin