BURADA REKLAMINIZ OLA
BİLƏR

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanıldı

Noyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.


Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Tarix: 7 Noyabr 2022, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin