BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı avtovağzalında 30 min dollarlıq oğurluq

Bakıda külli miqdarda pul oğurlayan şəxs tutulub.


Pravda.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.


Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Tarix: 7 Noyabr 2022, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin