BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusinfo.az-a haker hücumu

Koronavirusinfo.az saytına haker hücumu olub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılmış www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.

 

Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.

 

Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.

 

Tarix: 26 Mart 2020, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin