BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kütləvi dava: xəsarət alanlar var

Binəqədi rayonunda kütləvi dava olub və iki nəfər xəsarət alıb.

 

Hadisə Xırdalan-Binəqədi şossesində yerləşən iaşə obyektində qeydə alınıb.

 

Belə ki, “TikTok” kafesində müştərilər hesaba görə iaşə obyektinin sahibi ilə mübahisə edib.

 

Hadisə əlbəyaxa dava ilə yekunlaşıb.

 

Nəticədə Cavid Hüseynov və Fərid Məmmədov baş nahiyyəsindən küt alətlə xəsarətlər alıblar.

 

Yaralılar aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə xuliqanlıq zəminində baş verib.

 

Faktı Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları araşdırır.

Tarix: 9 Noyabr 2022, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin