BURADA REKLAMINIZ OLA
BİLƏR

Yataqxanada yanğın: 1 nəfər təxliyə olundu

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Binanın 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd dolab yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 4 m² sahədə qarsalanıb.

 

Yanğın zamanı 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 9 Noyabr 2022, 21:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin