BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sevdiyi qızı öldürən şəxsdən xəbər var

Bakıda sevdiyi qızı öldürməyə cəhd etməkdə təqsirli bilinən Afiq Hüseynov barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə araşdırılacaq şikayət noyabrın 10-na təyin edilib.

 

Cinayət işi hakim İlqar Qılıcovun icraatına verilib.

 

İttihama görə, hadisə bu ilin fevralın 11-də, gecə saat 23.30-da Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib.

 

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Aytac Ağayevaya yeddi bıçaq zərbəsi vurub.

 

Aytac Ağayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, Afiq Hüseynov tanışı olan Aytac Ağayevaya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib.

 

Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub. Yaralıya xəstəxanada tibbi yardım göstərilib.

 

İstintaq orqanı tərəfindən Afiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 10 Noyabr 2022, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin