BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bizi vurmaqla hədələyənlər bilsinlər ki, cavablarını yalnız Bakıdan yox, Təbrizdən, Ərdəbildən alacaqlar” – Arif Hacılı

“İlk dəfə deyil ki, İrandan ünvanımıza hədələr gəlir. Bu ölkənin şovinist rejiminin anti-Azərbaycan siyasətini ifşa etdiyimiz bütün dövrlərdə belə təhdidlərlə, ölüm hədələri ilə üzləşmişik. Bizi Bakıda vurmaqla hədələyənlər də bilsinlər ki, belə fikrə düşsələr, cavablarını yalnız Bakıdan yox, Təbrizdən, Ərdəbildən, o taylı bu taylı bütün Azərbaycandan alacaqlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

A.Hacılı qeyd edib ki, hədələr qorxuda bilməz: “Bu hədələr bizi qorxutmaz. Çünki, dəqiq bilirik ki, yolumuz haqq yoludur. Azərbaycanın azadlığı, istiqlalı, firavanlığı, bütövlüyü uğrunda müqəddəs mübarizə apardığımızın fərqindəyik. Bu vətən bizimdir. Biz qalib gələcəyik”.

 

Kənan

Tarix: 10 Noyabr 2022, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin