BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Altay: “Meyxana” kimi təhqir, söyüş, alçaltma və vulqar janrın mühitindəki...”

“İstənilən, hətta ən səviyyəli, mədəni, intellektli, istedadlı adamı salın səviyyəsiz, düşük mühitin içərisinə, mühit onu əridib öz gününə salacaq. Çünki mühit fərdi mənimsəyir, fərd mühiti yox. Heç də təəccüblü deyil, “Meyxana” kimi təhqir, söyüş, alçaltma və vulqar, əxlaq əyintiliyi yönlü janrın mühitindəki mədəni, istedad qabiliyyətli meyxanaçı söyüş üstə, digər bir meyxanaçının “türemşik” qohumunu bıçaqlayıb öldürsün. Bu mühit tələb edir, bu insan, bu səviyyəyə ensin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay bildirib.

 

“Cəmiyyətimizə ziyanlı fəsadları haqqında xeyli vaxtdır ki təhlilli yazdığımız “Meyxana” və onun pozucu janrının televiziyalarda və digər media növlərində təbliğinə əsla, yol verilməməsini vacib bilmişik. “Meyxana” xeyirli, xeyirxah bir iş olsaydı, Azərbaycan cəmiyyəti və xalqının deqradasiya və buradan, milli deformasiyasına çalışan İran rejiminin ideoloji mərkəzi meyxananı mərsiyyə, dini xurafat, fanatizm, radikal ekstremizm, patı narkotiki kimi ictimai diversiya silahları vasitəsi tərkibində ölkəmizdə yayılmasında çalışmazdı. Bu sahə içindəki agenturasını şaxələndirməzdi... Təəssüflər olsun belə nəticəyə, amma qanunla cəzalıdır meyxanaçı Rəşad Dağlının bu əməli...”, – İ.Altay vurğulayıb.

 

Kənan

Tarix: 10 Noyabr 2022, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin