BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə: “Səlahiyyətim olsa, paytaxtı tikinti zavoduna çevirən adamları ruhi dispanserə yerləşdirərəm”

“Əlimdə səlahiyyət olsa paytaxtın hər yerini satıb şəhəri tikinti zavoduna çevirən adamları ruhi dispanserə yerləşdirərəm. Niyəsini nəzəri olaraq isbatlaya da bilərəm. İstənilən psixiatr təsdiqləyər ki, uşaqların meydançasını, sakinlərin hava aldığı həyətləri, küçələrin səkilərini və s. satan adamın ruhi vəziyyəti sağlam ola bilməz. Çünki bütün bunların hamı üçün ağır fəsadları olur. Toz-torpaq, havasızlıq, basırıqlıq, tıxaclar, şəhərin tarixi görünüşünün silinməsi, mənzərənin eybəcər hala düşməsi, fövqəladə hallar zamanı yaranacaq təhlükələr… say, say bitməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.

 

A.Əlizadə qeyd edib ki, əvvəllər şəhərin istənilən nöqtəsindən Xəzəri görmək mümkün idi: “İndi dəniz heç yerdən görünmür. Bu basırıqlıq gözlərimizi dincəlməkdən də məhrum edib. Bu adamlar dəlidilər. Şüuru qaydasında olan adam bunu edərmi? Yox, əlbəttə. Əlinə imkan düşən kimi nəinki başqalarına, bütün ölkəyə ziyan vuranlar cəmiyyət üçün təhlükəlidir. Üstəlik, nəfsin ölçüsüzlüyü də xəstəlikdir. Hörmətli psixiatrlarımız bunu da təsdiqləyər. Vurğuladığım səbəblərə görə fikirləşirəm ki, onları dəlixanaya salmaq, oradakı bəzi pasientləri isə buraxmaq lazımdır”.

 

Kənan

Tarix: 10 Noyabr 2022, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin