BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalq Bank”ın qarşısında müştəriyə qarşı 20 min manatlıq soyğunçuluq edən şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluğa cəhddə təqsirləndirilən Vaqif Fikrətovun (şərti) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 24 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində “Xalq Bank” bankın Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən filialının qarşısında qeydə alınıb.

 

Belə ki, zərərçəkmiş Əli Quliyev (şərti) “Xalq Bank”dan ABŞ dollarına çevirmək üçün aldığı 20 000 manat pulu dəyişərək ümumilikdə 11 700 ABŞ dollar əldə edərək çölə çıxıb. Daha sonra Vaqif Fikrətov bankın inzibati binasının qarşısında pulu zərərçəkmiş şəxsdən götürərək qaçıb və oradan uzaqlaşıb. Bu vaxt Əli Quliyev təqsirləndirilən şəxsin arxasınca qaçaraq qışqırıb, yaxınlıqda olan Sumqayıt Şəhər Polis əməkdaşlarını köməyə çağırıb.

 

Vaqif Fikrətov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin soyğunçuluğa cəhd maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd: Vaqif Fikrətov daha əvvəl bir neçə dəfə məhkumlqu həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 10 Noyabr 2022, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin