BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Səbir tükənərsə, Laçın dəhlizini bağlayarıq”

“Hələ ki diplomatik müharibə gedir. Səbir tükənərsə, təbii ki, Laçın dəhlizini bağlayarıq. 2025-ci ilə qədər üçtərəfli müqaviləmiz var. Ermənilər müqavilə şərtlərini yerinə yetirməsələr, səbir kasası dolar”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas cənab Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günündə Şuşada keçirilən tədbirdə “nə vaxta qədər gözləyəcəyik?” mesajını şərh edərkən deyib.

 

““Dəmir yumruq”u yenidən işlətməyin zamanı var. Prezidentin hər bir sözünə inanıram. Vaxtını deyə bilmərəm, amma Prezident nəyi nə vaxt etmək lazım olduğunu özü bilir”, - deputat vurğulayıb.

 

Aytəkin Qardaşova

Tarix: 10 Noyabr 2022, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin