BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç yaşlı Arzunun ölümündə ittiham edilən həkim yenidən məhkəmə qarşısında

3 yaşlı Arzu Qurbanlının ölümünə görə Sumqayıt Şəhər Məhkəməsinin "Real" Tibb Mərkəzinin həkimi İsmayıl Qənbərov barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə araşdırılacaq şikayət noyabrın 11-nə təyin edilib.

 

Cinayət işi hakim Tahir Kazımovun icraatına verilib.

 

Qeyd: Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Sumqayıt Şəhər Məhkəməsi ölümə səbəb olan həkimə bəraət verib. Daha sonra Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Arzunun ailəsinin Ali Məhkəməyə müraciətindən sonra iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılıb.

 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, bəraət hökmü ləğv edilib. Məhkəmə 1968-ci il təvəllüdlü həkimin Cinayət Məcəlləsinin 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

 

Həmçinin İsmayıl Qənbərov təyin edilmiş cəzadan "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin Qərarı tətbiq edilməklə azad edilib. Arzu Qənbərlinin ailəsi tərəfindən irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 manatın təqsirləndirilən şəxsdən tutaraq mərhumun ailəsinə ödənilməsinə qərar verilib.

 

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 3 yaşlı uşaq əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən "Kolipsol" dərman preparatının normadan artıq verildiyi üçün ölüb. Belə ki, dərmanın profilaktikasını düzgün aparmayan həkim uşağın qusmasına və qusuntunun nəfəs borusuna düşməsi səbəbindən boğularaq ölməsinə səbəb olub.

 

Kamal Məmmədov

Tarix: 10 Noyabr 2022, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin