BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar: “Rus dili Azərbaycan məktəblərində ciddi öyrənilməlidir”

“Rus dili Azərbaycan məktəblərində ciddi öyrənilməlidir, Azərbaycan dili də rus məktəblərində... Buna ciddi fikir vermək lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “BBC Azərbaycanca”ya müsahibəsində bildirib.

 

“Sovet dövründə məktəbi bitirənlər ən azı iki dili mükəmməl bilməli idilər. İngiliscə də bilirsə, lap yaxşı. 200 ildir, Rusiya ilə bağlıyıq, rus ədəbiyyatının da, elminin də bizə təsiri var. Bu, danılmaz faktdır. Rus dilinə Azərbaycan dilli məktəblərdə, Azərbaycan dilinə də rus dilli məktəblərdə barmaqarası baxdılar. Ona görə də Azərbaycan dilli məktəblərin səviyyəsi düşdü. Ziyalılar da dedilər ki, uşaqlarımızı bədbəxt etməyək, rus məktəblərinə qoyaq. Proses bu cür olub. Bunlara baxmayaraq, yazıçılar övladlarını Azərbaycan dilli məktəblərə qoydular. Rus dilini bilmək heç də pis şey deyil. Pis, öz dilini bilməməkdir. Rusiya televiziyalarına baxın, ermənilər nə qədər çıxış edirlər, mükəmməl danışırlar. Rus dilini bilməsəydilər, o cür çıxış edə bilməzdilər. Bizim elə adamlarımız çoxdurmu onlarla çıxsınlar? Danışıqlarını demirəm, yalan deyirlər, böhtan atırlar... Rus dilində səlis danışırlar, rus auditoriyasına çıxırlar. Deyək, rus dili lazım deyil, bəs onların qarşısına nə dilində çıxacağıq?!”

 

Kənan

Tarix: 10 Noyabr 2022, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin