BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sevgilisini görüntülərlə şantaj edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda oğurluqda və hədə-qorxuda təqsirləndirilən Ruslan Vəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək niyyətilə törədildikdə) maddələri ilə təqsirli bilinməsinə və 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edib.

 

Qeyd: Ağdam rayon sakini, ali təhsilli, subay, 1 azyaşlı uşaq atası olan 1986-cı il təvəllüdlü R.Vəliyev qeyri-rəsmi nikah münasibətində yaşadığı, intim görüntülərini yaydığı və boşanmasına səbəb olduğu Aytən Quliyevanın (ad şərtidir) Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında keçirilmiş əməliyyatla həbs edilib.

 

Belə ki, şantaj edilən qadının anası Ruslana 3 min dollar verməyə razılaşandan sonra onlar Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Daşfırın” restoranında görüşüblər. Pulu alıb restoranı tərk edən 35 yaşlı şəxs küçəyə çıxarkən polis tərəfindən saxlanılıb.

 

Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Vəliyev şantaj etdiyi Aytəni əlində saxlamaq üçün özünü DTX mayoru və polis əməliyyatçısı kimi təqdim edib. Bu yolla Ruslan ondan uzaqlaşmaq istəyən gənc qadını xeyli vaxt qorxu içində saxlayıb və müxtəlif ünvanlara apararaq onu döyüb, cinsi əlaqədə olub.

 

Məhkəmədə R.Vəliyevin 5 evdən xeyli miqdarda oğurluq etməsi həmin ev sahiblərinin və fəhlələrin ifadələri ilə də təsdiq edilib.

 

Kamal Məmmədov

Tarix: 11 Noyabr 2022, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin