BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən kartof gətirəcəyi adı ilə 1 milyonluq dələduzluq edən şəxs tutuldu

Daxili İşlər Nazirliyinin (DİN)Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə müraciət daxil olub.

 

Bu barədə DİN-dən məlumat verilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.

Tarix: 11 Noyabr 2022, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin