BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutuldu

İki gün əvvəl piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

 

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.

 

Araşdırma aparılır.

 

 

Tarix: 11 Noyabr 2022, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin