BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu avtomobillər idxal gömrük rüsumundan azad edildi

Elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Dəyişikliklə elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.

 

Qərar noyabrın 10-da imzalanıb və dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Tarix: 11 Noyabr 2022, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin