BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Sərxoş halda polis avtomobilinin şüşəsini sındıran aksiya iştirakçısı saxlanılıb

Bu gün - noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib. Hazırda müvafiq araşdırmalar aparılır.

Tarix: 11 Noyabr 2022, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin