BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ər arvadını qətlə yetirdi

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

 

Savalan yaşayış massivində 1984-cü il təvəllüdlü Müseyibli Sevinc Vahid qızı həyat yoldaşı tərəfindən əvvəlcə döyülüb. Daha sonra əri ona bir neçə bıçaq zərbəsi vurub. S.Müseyibli aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Tarix: 12 Noyabr 2022, 01:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin