BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində su borusu partladı, ətrafı su basdı - VİDEO

Bakıda su borusu partlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib.

 

Borunun partlaması nəticəsində ətrafa yayılan su nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hadisə yerinə qəza xidmətinin əməkdaşlarının göndərildiyini bildirib:

 

“Bu, magistral su xətti deyil, kiçikhəcmli borudur. Həmin su xətti yaxınlıqda yerləşən “Qafqaz” hotelini su ilə təchiz edir. Hadisə ilə bağlı əməkdaşlarımız artıq əraziyə cəlb olunub. Yaranan problem aradan qaldırılıb”.Oxu.az

 

Tarix: 27 Mart 2020, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin